Peyğəmbər -sallallahu aleyhi va səlləm- bu hədisdə bizə xəbər verir ki, qohum-əqrəba əlaqələrini birləşdirmədə və qohum-əqrəbaya yaxşılıq etmədə mükəmməl insan, heç də yaxşılığa yaxşılıqla qarşılıq verən insan deyildir. əksinə, qohum-əqrəba əlaqələrini həqiqi mənada birləşdirən insan, qohumları onunla əlaqəni kəsdikləri, hətta ona pislik etdikləri zaman belə qohum-əqrəbalarına yaxşılıq etməyə davam edən insandır.